Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam Naftalan şəhərində baş verib.
Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü Həsənova Aysunu bıçaqlayıb.
Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib.
Faktla bağlı şəhər prokurorluğundan cinayət işi başlanıb.