Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanılıb

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Qəzet yazıb ki, o öz ölkəsində "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Qulluq mövqeyindən sui-istifadə" və "Səlahiyyətlərindən sui istifadə edilməsi" maddələri ilə axtarışda olub.