Şabranda “Mercedes” ağaca çırpıldı, iki nəfər ölüb


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Şabran rayonunun Aygünlü kəndində “Mercedes” markalı minik avtomobilinin ağaca çırpılması barədə məlumat daxil olub.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan iki nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza nəticəsində həlak olanların şəxsiyyətləri dəqiqləşdirilir.