Bakıda çimərlikdə avtomobil yanıb - FOTO


Bakıda hərəkətsiz halda olan avtomobil yanıb.

APA-nın xəbərinə görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə  qeydə alınıb.

Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. 

Yanğın zamanı xəsarət alan olmayıb.