Şabranda baş verən yanğın söndürülüb - YENİLƏNİB


Bu gün Şabran rayonunda başlayan yanğın söndürülüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Əmirxanlı kəndində başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Yanğın söndürülüb və səbəbləri araşdırılır.  

saat 15:56

Şabran rayonunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya veerilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 7 ha sahədə quru ot və kol-kos yanır.

 Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.