Sumqayıtda fəhlə binadan yıxılaraq öldü

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın məlumatına görə, hadisə şəhərin “Stansiya Sumqayıt” yaşayış massivində qeydə alınıb.
Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb.
Ağır bədən xəsarətləri alan S.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.