11 yaşlı uşağın idarə etdiyi traktordan düşən 3 yaşlı qardaşı öldü


Türkiyənin Dənizli şəhərinin Çal qəsəbəsində, 11 yaşlı böyük qardaşı Cem D.ın idarə etdiyi traktordan düşən 3 yaşlı Dəniz D. , ağır yaralı olaraq çatdırıldığı xəstəxanada həyatını itirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə,  keçən çərşənbə səhəri yaşanıb.

Cem D., qardaşı Dəniz D.ı da yanına alaraq traktorlarıyla tarlaya getmək üçün yola çıxıb. Ancaq Dəniz D. hərəkət zamanı traktordan düşərək təkərin altında qalıb. Ağır yaralanan uşaq, təcili yardımla Dənizli dövlət xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq həmin günün axşamı həyatını itirib.