23 yaşlı oğlan dəm qazından boğularaq ölüb

Siyəzəndə bədbəxt hadisə baş verib. 
APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1997-ci il təvəllüdlü Yarıyev Ülvi İsmayıl oğlu dəm qazından boğularaq ölüb. 
Faktla bağlı araşdırma aparılır.