Sabirabadda evdə partlayış olub, 1 nəfər yanaraq ölüb

Sabirabad rayonunda fərdi yaşayış evində quraşdırılan qaz sobası partlayıb.
APA-nın xəbərinə görə, partlayış nəticəsində baş verən yanğın zamanı ev sahibəsi Əliyeva Ağasoltan Zakir qızı ağır yanıq xəsarətlətləri alaraq Bakıda yerləşən 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.