Qusarda səkkizotaqlı ev yandı

Qusar rayonunun Hil kəndində ümumi sahəsi 288 kvadratmetr olan ikimərtəbəli səkkizotaqlı evin yanar konstruksiyaları yanıb. 
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.