Qadınını öldürüb itkin kimi qələmə verdi – 10 il sonra üstü açıldı

Türkiyədə 10 ildir ki, itkin olan Güldanə Biçərin həyat yoldaşı Osman Biçər xanımını öldürüb, basdırdığını etiraf edib. Onun meyiti gizlətdiyini söylədiyi yerdə araşdırma aparan komanda sümük və qadın paltarları tapıb. O.Biçər həbs olunub.
“Sherg.az” xəbər verir ki, dəhşətli qətl hadisəsi “Müge Anli ilə  tatlı-sert” verlişində açılıb.

Mərhumun yaxınları 17 sentyabr 2011 tarixindən Mügə Anlıya müraciət edərək G.Biçərin tapılmasını istəyib. Bir müddətdir davam edən verlişdə O.Biçərin ziddiyyətli açıqlamaları diqqət çəkib. Bunun ardından “Büyükçekmece Cumhuriyet Başsavcılığı” Osman Biçər haqqında istintaq başladıb.

Sorğulanan O.Biçər həyat yoldaşını öldürdüyünü etiraf edib.

G.Biçəri qətl etdiyini və “Büyükçekmece Karağaç”da gölün ətrafında basdırdığını söyləyib. Sonra isə polisə gedib həyat yoldaşının itkin olduğunu bildirib. Həmin gölün ətrafında araşdırma aparan komandalar G.Biçərin sümüklərini və paltarlarını tapıb, ekspertizaya göndərilib.

Osman Biçər isə həbs olunub.