Sevgilisini öldürən Vəli: “Öpüb, saçlarını yığdım və ayrıldım” 

Türkiyənin Antalya şəhərində itdikdən 13 gün sonra cəsədi tapılan Duyğu Çəlikin qətlində şübhəli olan Vəli Ündərin istintaqı davam edirdi. İlk dəfə məhkəmədə danışan V.Ündər ekspertiziyanın ölüm səbəbi kimi müəyyənləşdirdiyi “kəsici” alət raporunu qəbul etmədi. Ündər “ Duyğu boğuşma əsnasında silahla vuruldu. Onu qucaqladım, son dəfə öpdüm. Saçlarını yığdım və ordan ayrıldım” dedi .

“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Duyğu Çəlik iki uşaq anası olub. 6 sentyabr günü evdən çıxıb, şəhər mərkəzinə gedərək, sevgilisi Vəli Ündərin maşınına minib.

Bundan sonra onların ikisindən də xəbər alına bilməyib. Yeddi sentyabr V.Ündər 112-yə zəng edərək “Dərhal gəlin. Varsakdan keçirdim, bir kişi qadına atəş açdı.

Qadın yıxıldı. Meşənin içindədir, tez özünüzü çatdırın”dedikdən sonra telefonu söndürüb.

Antalya polis şöbəsinin əməkdaşları izləmə itləri və dronlar ilə meşəlik ərazidə axtarış ediblər. 19 Sentyabr  saat 11.00-da üstü daşla örtülmüş, Duyğü Çəlikin basdırılmış cəsədi tapıldı.Onun kürəyindən və sinəsindən  bışaqlandığı, başına sərt cisimlə vurulduğu, cəsədin keçən vaxt ərzində çürüdüyü, başının da gövdəsindən ayrıldığı məlum olub. Analizin nəticəsində nəşin Duyğu Çəlikə aid olduğu öyrənilib.