Qadın yeznəsinin təcavüzünə məruz qalıb

 Yeznənin əlindən xilas olunca ana və qız polis şöbəsinə gediblər

Qızının evinə qonaq gələn ana yeznəsinin təcavüzünə məruz qalıb. Tüklər ürpədən olay İstanbul Böyükçəkməcədə yaşanıb. 

“Milliyet.com.tr” yazır ki, qızını ziyarət etməyə gəlmiş 65 yaşlı Türkan G. gecə qonaq otağında yatıb. Səhər saatlarında ayaq nahiyəsində bir əl hiss edərək oyanıb, yeznəsinin onun ayağını tumarladığını görəndə şoka düşüb. Yataqdan qalxmaq istədikdə yeznənin təzyiqi ilə üzləşib və qışqırmağa başlayıb.

Qışqırıq səsinə qızı Çigdem otağa daxil olub. Və həyat yoldaşını anasının qaşısında çılpaq halda görüb. Anası yeznənin əlindən xilas olunca ana və qız polis şöbəsinə gediblər. Ana və qızı yeznə Gökhan N-dan şikayətçi olublar. Ana Türkan G. təcavüz sırasında yeznəsinin barmağını ağzına tutaraq ona “sus” işarəsi verdiyini deyib. Şikayət əsasında saxlanılan Gökhan N. isə həyat yoldaşı və qayınanasının əlbir olaraq ona tələ qurduqlarını, həyat yoldaşının ondan boşanmaq istədiyi üçün belə bir iftiraya əl atdığını deyib. Polisdə ifadə verdikdən sonra Gökhan N. səbəst buraxılıb. Lakin barəsində istintaq açılıb.  Yeznənin əməli sübut olunarsa onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.