Meşə yanğını: Dəhşətli görüntülər...

Havaların hədsiz isti keçməsi hər zaman olduğu kimi yenə də meşə yanğınlarına səbəb olub.  Növbəti acı xəbər Türkiyənin Muğla bölgəsindəndi.  Gələn son xəbərə görə, Muğlanın Ula əyalətində yaşayış məskənlərinə yaxın meşəlik ərazidə başlamış yanğın səbəbiylə əhalinin təxliyəsinə başlanıb. Muğla-Fəthiyyə yolu  hərəkətə bağlanıb, kənardan bir avtomobil belə əraziyə buraxılmır. Hazırda bölgədə yanğınsöndürənlər və xilasedicilər  əhalini qısa zamanda ərazidən uzaqlaşdırmağa, yanğını nəzarət altına almağa çalışırlar.

Yanğının dəqiq səbbi bilinməsə də, qızmar havanın təsiri ilə başladığı istisna edilmir. Əsən külək isə yanğını əteaf ərazilərə yayır, bununla da yanğınsöndürənləein işini çətinləşdirir. Ətraf bölgələrdən əraziyə yanğınsöndürən 3 helikopter cəlb edilib.  Yaxınlıqdakı evlərdə yanğın dumanından halı pisləşən adamlar var. Onlara tibbi yardım göstərlir. Məhəllə sakinləri bağçada istifadə edilən adi su şlanqları ilə yanğınsöndürənlərə yardım etməyə çalışır.   


Ula Bələdiyyə başqanı Özay Türklər CNN Türk-ə açıqlamasında yanğının 1 500 nəfərin yaşadığı bölgədə başladığını və ətrafa yayıldığını deyib:
“Şükür ki insan itkisi yoxdur. Yanğının manqaldan başlaya biləcəyi də təxmin edilir. Araşdırma aparılır. Vətəndaşları ehtiyatlı olamağa çağırırıq. Yol kənarında, meşəlik ərazilərdə alışabilən maddələrdən istifadə etməsinlər.  Meteoroloqlar xəbərdar etmişdi. Temperaturların artacağını demişdilər. Hər an faciə elə üzləşə bilərik. Vətəndaşlar diqqətli olmalıdır. Manqal yandırmasınlar. Ətrafa saçılan qığılcımlar böyük yanğınlara səbəb ola bilər. Küləkli hava da yanğını gücləndirir”.