Naftalanda 34 yaşlı qadın dəm qazından zəhərlənib

Naftalanda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, 1987-ci il təvəllüdlü İ.Abdullayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə 34 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.