Göygöldə 53 yaşlı kişi öz əcəli ilə ölüb

Göygöl sakininin yaşadığı mənzildə meyti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonu Fərman Kərimzadə küçəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü V.Bayramovun yaşadığı evdə meyti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, 53 yaşlı kişi öz əcəli ilə ölüb.

Faktla bağlı araşdırma aparılır.