Azərbaycanda tələbə dəm qazından boğulub ölüb

Azərbaycan Universitetinin magistrı Elimxan Əliyev bu gün dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə bu barədə universitetin “facebook” səhifəsində bildirilib.

Qeyd edək ki, o, 2020-ci ildə magistratura imtahanında ən yüksək balı (93) toplayan tələbə olub.