Goranboyda qəza: Xaricdən gətirdiyi avtomobilləri yola tökdü - Foto

Sürücüsü avtomobili öncə Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb

Goranboyda xarici ölkələrdən avtomobil daşıyan yük maşını qəza törədib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı sürücü yüngül xəsarət alsa da, daşıdığı avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Üzərində 5 minik, 1 yük avtomobili olan iritonnajlı maşının sürücüsü idarəetməni itirərək əvvəlcə avtomobili Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb. Zərbənin gücündən avtomobillərdən biri yük maşınından aşaraq əzilib, digərləri isə zədələnib.

Yol-nəqliyyat hadisəsi baş verən ərazidə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb. Faktla bağlı araşdırma aparılır.