Bakıda iki şəxsin bank kartlarından oğurluq edildi

Azərbaycanda iki şəxsin bank kartlarından oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 27-də Bakı şəhər sakini Z.Yusifovun bank hesabından 1 593 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov müəyyən edilərək saxlanılıb.
Nazirlikdən verilən digər məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də Tovuz rayon sakini V.Əhmədovun bank hesabından 500 manat pul oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş F.Qənbərli müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.