64 yaşlı kişi özünü qəbiristanlıqda asdı

Hacıqabul sakini özünü qəbiristanlıqda asıb.
APA-nın məlumatına görə, Hacıqabul rayonu Qubalı Baloğlan kənd sakini, 1957-ci il təvəllüdlü Qəhrəmanov Qadir Gülağa oğlu özünü kənd qəbiristanlığında asaraq intihar edib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.