Mahsunun qardaşı arvadına balta ilə hücum çəkib

Polis əməkdaşları Yusufu əlində balta yaxalayıblar

Son illərdə daha çox rejissorluğu, film çəkilişləri ilə gündəmə gələn məşhur müğənni Mahsun Qırmızıgülün adı bu dəfə qardaşının həbsiylə hallanır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, əldə edilən məlumatlara görə, M.Qırmızıgülün qardaşı Yusuf Bazencir həyat yoldaşına balta ilə hücum çəkməkdə günahlandırılır. 

46 yaşlı Yusuf Bazencirlə 5 il əvvəl evləndiyi Seval Bazencir boşanmaq qərarına gəliblər. Seval Bazencir Yusufa zəng edərək Beşiktaşdakı mənzilə gəlməməsini söyləyib. Lakin Y.Bazencir evin önünə gedib və balta ilə qapını qırıb mənzilə keçməyə cəhd edib. Seval polisə zəng edib. Hadisə yerinə gələn polis əməkdaşları Yusufu əlində balta yaxalayıblar. Y.Bazencir polis şöbəsinə aparılıb, haqqında iddia qaldırılıb. Y.Bazencir barəsində “təhdid-həqarət” əməlinə görə cinayət işi açılıb. Xatırladılır ki, Y.Bazencirlə Seval Bazencir 2017-ci ildə evlənmişdi. İzdihamlı toyda M.Qırmızıgül də iştirak edib, mahnılar oxuyub.