Zərdabda 72 yaşlı kişi intihar edib


Zərdab rayonunda 72 yaşlı kişi intihar edib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1950-ci il təvəllüdlü Qasımov Hacı İsmi oğlu yaşadığı evin həyətində özünü asıb.

İntiharın ilkin səbəbləri kimi H.Qasımovun son vaxtlar onkoloji xəstəlikdən çox əziyyət çəkməsi göstərilir.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.