Bakıda qeyri-adi HADİSƏ: Üç yaşlı körpənin mədəsindən şurup tapıldı - FOTO


Bakıda körpənin mədəsində yad cisim aşkarlanıb.

Lent.az-ın məlumatına görə, hadisə bu gün paytaxt ərazisində olan özəl klinikalardan birində qeydə alınıb.

Üç yaşlı körpənin müayinəsi zamanı gözlənilməz hal ortaya çıxıb.

Belə ki, azyaşlının mədəsində yad cisim, şurup parçası aşkar edilib. 

Məlum olub ki, körpə şurup qırığını götürərək burnuna qoyub. Daha sonra metal cisim burun-udlaq vasitəsilə qida borusuna, oradan isə mədəyə düşüb.