Gəncədə kişi qeyri-rəsmi yaşadığı arvadını bıçaqlayıb

Gəncədə qadın bıçaq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü Əhmədova Səidə qol və sifət nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadına lazımi tibbi yardım göstərilib,vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, qadını qeyri-rəsmi yaşadığı həmyaşıdı Hüseynov Sahib bıçaqla vurub.
Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.