Səhiyyə Nazirliyi Bakıdakı partlayışla bağlı məlumat yaydı (Əlavə olunub)


Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir. Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

04:06 (GMT+4)

Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.

Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən "LocationBaku" gecə klubunda partlayış baş verib, yaralananların olduğu deyilir. Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin işçiləri cəlb olunub.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.