"Azəriqaz": Gecə klubunda partlayış qaz balonunda sızma nəticəsində baş verib 

“Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, “Location club”da gecə saatlarında baş verən partlayış maye qaz balonunda yaranmış sızma nəticəsində olub”.

APA-a ya bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Məlumata görə, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.