Mingəçevirdə ana və iki övladı dəm qazından zəhərlənib

Mingəçevir şəhərində ana və iki övladı dəm qazından zəhərlənib.

Hadisə şəhərin Müslüm Maqomayev küçəsində baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, 45 yaşlı Qədirova Elmira Qərib qızı və onun övladları, 10 yaşlı Qədirov Elvin Elçin oğlu, 9 yaşlı Qədirov Elmir Elçin oğlu yaşadıqları mənzildə dəm qazından boğulub.

Ana və övladları xəstəxanaya yerləşdirilərək həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma başladılıb.