Samuxda evdə partlayış olub, nənə və nəvə xəsarət alıb

Samux rayonunda evdə qaz partlayıb.

Hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1937-ci il təvəllüdlü Ağayeva Saritel və onun 1993-cü il təvəllüdlü nəvəsi Ağayev Hüseyn yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə xəsarət alanların yaşadıqları evdə qaz partlayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. (milli.Az)