Bakıda üç avtomobil yanıb

Bakıda üç avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, paytaxtın Qaradağ rayonunda “Volkswagen” markalı iki minik avtomobilinin yanar hissələri və “Infiniti” markalı digər minik avtomoblinin salonu, mühərrik hissəsi və 2 ədəd təkəri yanıb.

Minik avtomobillərinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.