Bakıda oğurluq hadisəsi baş verib.
"Sherg.az" xəbər verir ki, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən rəsm studiyalarının birindən oğurluq edilib. Kişi obyektə daxil olaraq, əvvəlcə ətrafa göz gəzdirib. Daha sonra kənarda gördüyü telefonu götürüb, heç nə olmamış kimi ofisi tərk edib. Həmin görüntülər studiyanın müşahidə kameralarına düşüb.