Sanki bir yarış başlayıb


Bir çox qurumlar peşəkar İT təhsil sektoruna baş vurublar

  “Son bir il ərzində ölkədə İT, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanmasında sanki bir yarış başlandığı müşahidə olunur. 
  Əvvəllər bu sahədə universitetlər və az sayda qurumlar,  "Step İT Academy", "Code Academy" və s. bu tip qurumlar peşəkar İT hazırlığı ilə məşğul olurdular.
  İndi xeyli sayda yeni qurumlar bu istiqamətdə fəaliyyətə başlayıblar.
  Hətta Elm və Təhsil Nazirliyindən fərqli  bir çox dövlət  qurumları da peşəkar İT təhsil sektoruna baş vurublar”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.  
  Ölkəmizdə bu sahədə mütəxəssis qıtlığı olduğunu vurğulayan O.Gündüz ümid edir ki, bu sektorda yeni olan iddialı qurumlar keyfiyyətli mütəxəssis hazırlığı sahəsində qarşıya qoyulan məqsədlərə çata biləcəklər.