Paytaxtda 16 yaşlı qız ölüb

Bakıda gənc qız ölüb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.