11 yaşlı uşağı şok tapançasıyla vurdular


Polisin hərəkəti Şotlandiya ictimaiyyətini hiddətləndirib

  Şotlandiyada 11 yaşlı uşağın şok tapançasıyla vurulması hiddətlə qarşılanıb. Polisin uşağa qarşı qəddar davranışı videokamerasının yaddaşına düşüb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ölkənin Haven bölgəsində 11 yaşlı uşağın əlində bıçaq tutaraq keçib-gedənləri təhdid etməsi məlumatı alan yerli polis hərəkətə keçib. Əraziyə gələn 5 nəfər polis əməkdaşı ətrafı mühasirəyə alaraq uşağa qarşı alasığmaz hərəkətə yol veriblər. Polislər uşağın üzərinə məsafədən 2 lazer işığı tuşlayıb. Uşaq qorxudan oradakı zibil yeşiklərinin arxasında gizlənib. Sonra uşağa yaxınlaşan polis əməkdaşı elektro-şok tapançasını ona tuşlayıb və atış açıb. Uşaq zarıyaraq yerə yıxılıb. 

Bu vəziyyət oradakı bir nəfər tərəfindən videogörtüntüyə alınıb. Bildirilir ki, polis əməkdaşının atış açdığı elektro-şok tapançası 50 Voltluqdur. 

Məhz bu olay da Şotlandiya ictimaiyyətinin hiddətinə və qınağına səbəb olub. Vətəndaşlar hesab edir ki, polis 11 yaşlı uşağa qarşı belə bir üsuldan istifadə etməməliydi. Polis azyaşlıyla daha anlayışlı və mülayim davranmalı, onu bir fəndlə zərərsizləşdirməliydi. Polisin qarşısındakı əlisilahlı, partlayıcı maddəli birisi deyildi. 

Polisin uşaqla hədsiz sərt davranmasına əsaslı səbəb olmayıb. Şotlandiya əhalisi son zamanlar elektro-şok tapançası gəzdirən polislərin sayının artmasından da narahatdır. Rəsmilər tərəfindən verilən açıqlamada da məlum olay “əndişəverici” adlandırılıb.