Paşinyan ayağından YARALANDI - VİDEO

“Aşot Paşinyan könüllü olaraq ölən hərbçilərin valideynlərinin maşınına minib, zorakılıq olmayıb”.
Bu barədə Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri tərəfindən yaradılan ictimai təşkilatının üzvlərindən biri Qarik Qaleyan deyib.

Ölən erməni hərbçinin atası adam oğurluğuna cəhdin olmadığını vurğulayıb.

Onun sözlərinə görə, valideynlər təsadüfən baş nazir Nikol Paşinyanın oğlu ilə küçədə rastlaşıblar. Ölən erməni əsgərlərinin birinin anası ona Yerablur hərbi panteonuna getməyi və “atası ilə anasının nə etdiyini” görməyi təklif etdi. Aşot Paşinyan özü maşına minib, ona heç kim toxunmayıb.

O, Paşinyanın xəsarət alması ilə bağlı xəbərləri də təkzib edib:

“Gəncin özü qapını açıb, maşından atılıb qaçıb”.
16:51

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotu evlərinin yanındakı ərazidən qaçırmağa cəhd ediblər.

Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazır ki, ilkin məlumatlara görə, oğurluğa cəhd edən şəxslər Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir.

Bildirilir ki, onlar Aşot Paşinyanı maşına minməyə məcbur ediblər, lakin avtomobil dayanan zaman o qaçmağa müvəffəq olub, bundan sonra A.Paşinyanı eyni təşkilatın arxadan gələn maşını vurub.

O, ayağından xəsarət alıb, hüquq-mühafizə orqanlarına müraciət edib, ictimai təşkilatın üzvləri hadisə yerini tərk ediblər.