Bakıda usta faciəvi şəkildə öldü

Bakıda usta faciəli şəkildə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib.
Buradakı tikintilərdən birində çalışan 55 yaşlı Rauf Sadil oğlu Babayev hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.