Masazırda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-dən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.