Bakıda qeyri-adi qəza: Evakuator körpüyə ilişdi - VİDEO

Bakıda qəribə yol-nəqliyyat hadisəsi baş verib. 
Oxu.Az xəbər verir ki, qəza zamanı yük avtomobilini daşıyan evakuatorun sürücüsü körpünün icazə verilən keçid hündürlüyünü düzgün qiymətləndirə bilməyib. 
Nəticədə evakuatorda olan yük avtomobili körpüyə dəyib. 
Hadisə “Baksol yolu”nda baş verib və görüntüləri sosial şəbəkədə paylaşılıb. 
Həmin görüntüləri təqdim edirik: