Şagirdlər ölümlə üz-üzə qalıblar - VİDEO

Cəlilabadın Kövüzbulaq kənd 1 saylı orta məktəbi hər an uça bilər. 1987-ci ildə tikilən təhsil ocağı ölüm saçır.
Valideynlər də təhsil ocağının hazırkı halından şikayətçidirlər:
“Bu yaxınlarda məktəbin yarısı uçdu. Təhsil ocağının istilik sistemi, qapı-pəncərəsi yoxdur”.
Məktəbin zirzəmisi su ilə doludur. Təhsil müəssisəsi daş panellərlə tikilib. O panellər də demək olar ki, hamısı bir-birindən ayrılıb. Hazırda bu məktəbdə 100-dən çox şagird təhsil alır.
Bir müddət əvvəl rəsmi qurumlar məktəb binasının yenisi ilə əvəz olunacağını bildirsələr də, vəziyyət hələ də dəyişilməz olaraq qalır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: