Bu klubun azarkeşləri ilə bağlı araşdırma başladıldı


İngiltərə Futbol Federasiyası "Mançester Siti"nin Premyer Liqasının 37-ci turunda "Çelsi" ilə matçdan (1:0) sonra meydana enən azarkeşləri haqda araşdırma başladacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. "Şəhərlilər"in fanatları sözügedən görüş başa çatandan dərhal sonra komandalarının çempionluğunu qeyd etmək üçün meydana eniblər. Polislər və digər təhlükəsizlik işçiləri onların qarşısını kəsə bilməyiblər.
Ətraflı
Bu azarkeşlərə görə "Mançeser Siti"nin cərimələnəcəyi gözlənilsə də, İngiltərə Futbol Federasiyası məsələ haqda daha böyük araşdırma aparacaq.