Özünü qatarın altına atdı:öldü?

Mayın 23-də saat 11:50 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmiryolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
“Təəssüflə qeyd edirik ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, hadisə aidiyyəti üzrə araşdırılır.