Şəngör: “Yaxın zamanda İstanbulda dəhşətli zəlzələ olacaq”

“Yaxın zamanda İstanbulda daha dəhşətli zəlzələ olacaq”. 
Oxu.Az xəbər verir ki, bunu türkiyəli akademik, dünya şöhrətli geoloq Celal Şengör azərbaycanlı tələbələrlə görüşündə deyib:
“Bu hadisədə ən azı bir milyon insan ölə bilər. Zəlzələ İstanbulu başımıza keçirəcək.
Bu, Şərqi Anadolu seysmik xəttinin qırılması nəticəsində gözlənilir”.