Xalq artistinin səhifəsini oğurlayan şəxs tapılıb? - Açıqlama 

Xalq artisti Naibə Allahverdiyevanın sosial şəbəkə hesabları bir müddətdir ki, naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə “Sherg.az”a danışan aktrisa deyib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib:

“Təəsüflər olsun ki, 2 aydan çoxdur, Feysbuk və instaqram səhifəm oğurlanıb. Mənim adımdan paylaşımlar edilir. Mən də Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmişəm. Ərizə yazmışam. Mənə məktub gəldi ki, texniki səbəblərə görə həmin şəxs hələ tapılmayıb. Yəqin ki, kimdirsə xaricdədir, ona görə bir az çətindir. Bu məsələ ilə yenə də məşğul olacaqlar. Adımdan müxtəlif paylaşımlar edə bilərlər. Tanınmış insanam, məşhur birinin adından neqativ paylaşımlar edə bilərlər. Mənə yaraşmayan postlar paylaşarlar. Buna görə həddindən artıq narahatam. Yenə də müraciət edəcəyəm”.