Naqili oğurladılar, iflic qadın qaranlıqda qaldı

Oğrular 12 ildir yataq xəstəsi olan yaşlı qadını bu qızmar günlərdə istidə və qaranlıqda qoyub. Oğurlanan evin lampası, yaxud kondisioner-filan deyil. İş burasındadır ki, kimlərsə elektrik dirəyinin naqilini satıb pul qazanmaq fikrinə düşüb. 

Nəticədə xəstə və yaşlı qadın qaranlıqda və istidə qalıb. “Sherg.az” “Milliyet.comı.tr”yə istinadən bildirir ki, hadisə Türkiyənin Adıyaman bölgəsində baş verib. Adıyamanın Mara Məhəlləsində  kilsə yaxınlığındakı evlərdən birində yaşayan və yataq xəstəsi olan Rəmziyyə Dəmir oğrulara görə daha da çətin vəziyyətə düşüb. Oğrular qadının evinə elektrik enerjisinin gəlməsini təmin edən naqili kəsib aparıblar. Elektrik enerjisi olmadığından qadın həm qaranlıqda qalıb, həm də sərinkeşi işlədəbilməyib artıq. Nəzərə alsaq ki, Rəmziyyə Dəmir torpaq evdə yaşayır, isti günlərdə sərinkeşin işləməməsinin nə demək olduğunu təxmin etmək çətin deyil. 


R.Dəmir oğruların tez bir zamanda yaxalanıb cəzalandırılmalarını arzulayır. Xəstə qadın deyib ki, belə bir hadisə ilk dəfə baş vermir. Bundan əvvəl də oğrular elektrik naqilini kəsib aparıblar.  İflic qadın bundan hər dəfə əziyyət çəkir. R.Dəmir elektrik enerjisi yayınının nə zaman bərpa ediləcəyini gözləyir. Qadının həyat yoldaşı Mahmut Dəmir də ikinci dəfədir eyni oğurluq hadisəsi ilə üzləşdiklərini və elektrik naqilini öz pulları ilə aldıqlarını söyləyib: “Birinci dəfə özümüz pul verdik, naqil alındı. İndi yenə naqili kəsib aparıblar. Hava istidi, istidə, qaranlıqda qalmışıq”.