Azərbaycanlı jurnalistlə müğənnini avtomobil vurdu - Açıqlama

Tanınmış jurnalist Elvin Elxan və gənc müğənni Nuran Məmmədov ağır yol qəzası keçirib. 

“Sherg.az” xəbər verir ki,  onları iyulun 29-u axşam saat 22:00 radələrində Axundov kitabxanasının yanında piyada keçidindən keçərkən sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan jurnalist  və müğənni təcili özəl klinikaların birinə yerləşdirilib.

E. Elxan “Sherg.az”a danışaraq xəstəxanadan evə buraxıldıqlarını, səhhətlərinin normal olduğunu, mütəmadi olaraq həkim yoxlanışından keçdiklərini bildirib.