Güclü leysan Türkiyənin bir çox şəhərində ciddi problemlərə yol açıb. Sherg.az xəbər verir ki, Samsunda gecə saatlarından başlayan leysan yağış selə səbəb oldu; küçələr göllərə çevrildi.
Su ilə dolu olan yeraltı keçiddə avtomobildə sıxılmış vəziyyətdə qalan 4 nəfər üzərək xilas olub. Giresunda təsirli leysan səbəbiylə daşqınlar yaşanıb, şəhər mərkəzindəki küçələr su ilə dolub. Maşınları ilə irəliləməyə çalışan sürücülər çətin anlar yaşayıb. 15 dəqiqə davam edən dolu Sivasda avtomobillərə ziyan vurub, Dənizli, Ankara və Nevşehirdə də yağan güclü leysan həyatı iflic edib.