Sevgilisini öldürdüyünə görə saxlanılan paralimpiyaçı Oskar Pistoriusun şərti azadlığa buraxılmasına qərar verilib. 37 yaşlı cənubi afrikalı idmançı 2024-cü il yanvarın 5-də sərbəst buraxılacaq.
Sherg.az xəbər verir ki, paralimpiya çempionu 11 ilə yaxın həbsdə olub.
Pistorius 14 fevral 2013-cü ildə sevgilisi Reeva Steenkampı vanna otağının qapısı arxasından güllələyərək öldürmüşdü və daha sonra onun oğru olduğunu düşündüyünü iddia etmişdi.