Manisada əfqan ferma işçisi tərəfindən qaçırılaraq İrana aparılan 12 yaşlı qız İnterpolun müdaxiləsi ilə Türkiyəyə qaytarılıb. 1,5 yaşlı körpəsi ilə birlikdə dövlət himayəsinə götürülən qız Manisada yaşayan ailəsinə qovuşdu.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Manisanın Salihli rayonunda 2 il əvvəl Əfqanıstan əsilli Naqıp Cahit Yusufi tərəfindən İrana qaçırıldığı iddia edilən D.N.B. (14) cinsi istismar nəticəsində hamilə qalıb və 1,5 yaşlı oğlan uşağı dünyaya gətirib.
Qız Ailə və Sosial Xidmətlər Nazirliyinin mühafizəsinə götürülüb. Körpəsinə onun xilas edilməsində rolu olan kapitanın adı verilib.
Qızı qaçıran Naqıp Cahit Yusufinin İran hakimiyyəti tərəfindən deportasiya edildiyi məlum olub.
Ailəsinə qovuşan D.N.B. isə, "Oğurluq prosesi zamanı və ondan sonra ailəmə qarşı çoxlu böhtanlar atıldı. Bunları oxuyanda çox üzüldüm. Ümid edirəm ki, mənə bu zülmü yaşadan şəxs tutularaq ədalət qarşısında cavab verəcək"- deyə bildirib.