Sevgilisini vuran maşını yandırıb

Adanada bir şəxs sevgilisini vuran avtomobili yandıraraq 6 avtomobilin yanmasına səbəb olub. Saxlanılan şübhəli məhkəmə tərəfindən həbs edilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Adananın Kozan rayonunda dekabrın 16-da axşam saatlarında 01 RE 069 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Musa A. yolu keçmək istəyən biri uşaq olmaqla 3 nəfəri vurub. Musa A.-nın qəzadan sonra avtomobili yandırıb.

Alovun genişlənməsi nəticəsində iş yerində olan  6 avtomobil  yanıb.

Hadisə ilə bağlı aparılan istintaq zamanı saxlanılan K.Ç, T.S. və E.U. İlçe Təhlükəsizlik Müdirliyi Asayiş Bürosu qrupları tərəfindən Kozan Ədliyyəsinə gətirilib.

Sevgilisini avtomobil vurduğu üçün qəzaya uğrayan avtomobili yandırdığı iddia edilən E.U. həbs olunarkən T.S. və K.Ç məhkəmə nəzarəti altında sərbəst buraxılıb.