Göygöldə qəza: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Çaykənd kəndinın yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.