Bacısını öldürən qardaşının cinayət işi məhkəməyə göndərilib

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Binəqədi rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, cari il oktyabrın 12-də Binəqədi rayonu ərazisində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə ibtidadi istintaq tamamlanıb.
İbtidai istintaqla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən evlərdən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Həsən Kərimova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.